Bank Of Baku

Belqradda tramvay relsdən çıxaraq binaya çırpılıb, 12 nəfər xəsarət alıb

Belqradda tramvay relsdən çıxaraq binaya çırpılıb, 12 nəfər xəsarət alıb
# 25 may 2026 13:39 (UTC +04:00)

Serbiyanın paytaxtı Belqradın mərkəzində tramvay relsdən çıxaraq binaya çırpılıb, nəticədə 12 nəfər xəsarət alıb.

Bu barədə Serbiyanın “Telegraf” agentliyi məlumat yayıb.

Məlumata görə, səhər saatlarında tramvay hələlik naməlum səbəbdən relsdən çıxaraq binaya çırpılıb. Zərbənin gücündən tramvayın kabinəsi ciddi zədələnib.

Hadisə nəticəsində tramvayda olan 10 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Binada olan iki qadın da xəsarət alıb, onlara tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR