Bild: Olaf Şolsun rəhbərlik etdiyi Partiya üçüncü yerə düşüb

Bild: Olaf Şolsun rəhbərlik etdiyi Partiya üçüncü yerə düşüb
# 03 dekabr 2023 19:07 (UTC +04:00)

Sol Partiyanın populyarlıq reytinqi Bundestaqdakı LP fraksiyasının rəsmi buraxılmasından bir neçə gün əvvəl 3%-ə düşüb.

APA xəbər verir ki, bunu Bild am Sonntag qəzetinin sifarişi ilə Insa sosioloji institutunun keçirdiyi sorğunun məlumatları sübut edir.

Solçular əvvəlki həftə ilə müqayisədə 1 faiz bəndi itiriblər. Beləliklə, indi seçki keçirilsəydi, onlar Bundestaqa daxil ola bilməzdilər.

Birinci yeri 30% səslə Xristian Demokratik və Xristian Sosial Birliklərinin mühafizəkar bloku tutub. Almaniya üçün Alternativ partiyası hələ də 22% səslə ikinci yerdədir. Kansler Olaf Şolsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) 16% səslə üçüncü yerdə qərarlaşıb.

Yaşıllar mövqelərini bir qədər yaxşılaşdırdılar və indi 13% (üstəgəl 1 faiz bəndi) alacaqlar. Seçicilərin yalnız 6%-i Azad Demokrat Partiyasına səs verəcəklərini bildirib.

Belə ki, Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası birlikdə cəmi 35% səs toplaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR