Bolqarıstan Türkiyəyə axtarış-xilasetmə qrupu göndərir.
APA xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev "Twitter"də bildirib.
"Bu səhər Türkiyədə baş verən ölümcül zəlzələ barədə xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və fikirlərimiz zərərçəkənlərin yanındadır. Bizim yaxşı qonşumuz Türkiyə ilə həmrəyik və xilasedici qruplar göndəririk”, - Bolqarıstan Prezidenti qeyd edib.
Albaniya da Türkiyəyə xilasedicilər göndərir.
Bu barədə Albaniya Baş naziri Edi Rama bildirib. "Türkiyə və Suriyanın bəzi bölgələrində baş verən dağıdıcı zəlzələ ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirən çoxsaylı ailələrə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Xilasedicilərdən ibarət missiyamız bu gün Türkiyəyə yola düşəcək", - Baş nazir qeyd edib.