Bank Of Baku

Borrel: Aİ Ukraynaya yardımlarla bağlı ABŞ-ı əvəz edə bilməyəcək

Borrel: Aİ Ukraynaya yardımlarla bağlı ABŞ-ı əvəz edə bilməyəcək
# 05 oktyabr 2023 15:23 (UTC +04:00)

Avropa İttifaqı Ukraynaya ABŞ dəstəyini əvəz edə bilməz.

APA “Al Jazeera”ya xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammitindən öncə jurnalistlərə açıqlamasında deyib.

O, Vaşinqtondakı çəkişmələr səbəbilə Ukraynaya dəstəyin dayanacağı təqdirdə Aİ-nin yaranmış boşluğu doldura bilməyəcəyini deyib.

“Ukraynanın Aİ-nin, həmçinin ABŞ-ın dəstəyinə ehtiyacı var. Avropa ABŞ-ı əvəz edə bilməz”, - Borrel deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR