Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
APA xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sanksiya siyahısına 50 yeni fiziki və hüquqi şəxs əlavə edilib. Onların arasında 3 Çin, 2 Belarus, Türkiyə və BƏƏ-nin hərəsinə məxsus bir şirkət yer alır.
Londonun sanksiyalar tətbiq etdiyi yeni şirkətlərin arasında silah-sursat, müxtəlif detal, dəzgah istehsalı müəssisələri, gəmiçilik şirkəti və s. var.