Bank Of Baku

Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub - FOTO

Ceyms Kleverli

© APA | Ceyms Kleverli

# 06 sentyabr 2022 22:24 (UTC +04:00)

Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Ceyms Kleverli Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi təyin olunub.

Qeyd edək ki, o, öncəki hökumət kabinetində təhsil naziri postunda idi.

Təhsil nazirliyinən öncə Ceyms Kleverli həmçinin Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, Xarici İşlər nazirinin müavini vəzifəsini də tutub. O, bu vəzifədə ikən bu ilin mart ayında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov ilə görüşüb.

Onlar Azərbaycan və Britaniya arasında münasibətlərin inkişafını və Qarabağı müzakirə ediblər.

Ceyms Kleverli yenə bu il Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyi ilə əlaqədar Britaniya Parlamentinin Lordlar Palatasında keçirilən tədbirdə videomesaj göndərib.

Nazir ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, işğaldan sonra Azərbaycan ərazilərinin bərpasına Birləşmiş Krallığın bundan sonra da dəstəyini davam etdirəcəyini bildirib.

Dövlət naziri yaxın tərəfdaş ölkə kimi Azərbaycanla qlobal gündəlikdə dayanan məsələlərin həlli istiqamətində əməkdaşlığı daha da genişləndirmək əzmini ifadə edib. O, ölkələrimiz arasındakı mədəni münasibətlərdən bəhs edərkən Qarabağ atlarının ənənəvi olaraq Vindzor Atçılıq Şousunda iştirakını xüsusi qeyd edib.

Aytən Abbaslı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR