Bank Of Baku

Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş verib

Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş verib
# 22 oktyabr 2025 23:00 (UTC +04:00)

Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş verib

Slovakiyanın paytaxtı Bratislavada, Macarıstanın MOL Group şirkətinə məxsus neft emalı zavodunda yanğın olub.

APA xəbər verir ki, bu barədə cznews.info məlumat yayıb.

Məlumata görə, müəssisə “Drujba” boru kəməri vasitəsilə Rusiyadan idxal olunan xam nefti emal edir.

Bu, son iki gün ərzində Rusiya neftini emal edən Avropa zavodlarında baş verən üçüncü insidentdir.

Belə ki, bazar ertəsi Rumıniyanın cənubundakı Ploeşti şəhərində yerləşən Petrotel-Lukoil zavodunda partlayış qeydə alınıb.

Bundan bir gün sonra Macarıstanda MOL şirkətinə məxsus ölkənin ən böyük neft emalı zavodu yanıb.

Hazırda Bratislavadakı yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR