Beynəlxalq təcrid və sanksiyalar Rusiya-İran əlaqələrini gücləndirib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunub.
Qeyd olunub ki, Rusiya-Ukrayna qarşıdurmasından sonra son dövrdə İranla münasibətlər daha da güclənib. İran Rusiyaya yüzlərlə hücum PUA-sı və artilleriya sursatları göndərib.
Hazırda Rusiya ilə İran arasında hərbi sahədə imzalanmış müqavilə daha da genişləndirilib. Müqavilədə həmçinin, İran tərəfinin təqdim etdiyi lisenziya əsasında, Rusiyada PUA-ların yığılması və istehsalı da yer alır.