Britaniya xarici işlər naziri Ceyms Kleverlinin İtaliya və Maltaya üç günlük səfəri bu gün başlayıb.
APA-nın Britaniya bürosunun xəbərinə görə, qeyri-qanuni miqrasiyanın dayandırılması və Ukraynaya dəstəyin sürətləndirilməsi gündəmin əsas mövzusu olacaq.
Ceyms Kleverliyə İtaliyada həmçinin, Britaniyanın müdafiə və ticarət nazirləri də qoşulacaq.