Britaniyada Ukrayna SQ üçün raketlərin daşınması nümayiş olunub

Britaniyada Ukrayna SQ üçün raketlərin daşınması nümayiş olunub
# 23 fevral 2024 02:31 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya bir neçə yüz "Brimstone" tank əleyhinə raketi təhvil verəcək. Onların daşınmasına artıq başlanılıb.

APA-nın məlumatına görə, bu barədə “RBC-Ukrayna” Böyük Britaniyanın Müdafiə Nazirliyinin X səhifəsinə istinadən məlumat yayıb.

Departament xatırladıb ki, Britaniya son hərbi yardım paketinin bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrini daha 200 “Brimstone” dəqiq tank əleyhinə raketlə təmin edir.

"Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayır", - departament qeyd edib.

Eyni zamanda, onlar Ukrayna üçün “Brimstone” raketlərinin adı açıqlanmayan aerodroma necə daşındığını göstəriblər. Hərbi yardımın sonrakı yolu açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR