Bank Of Baku

Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək
# 20 dekabr 2023 09:21 (UTC +04:00)

Bu gün Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, iclasda dövlət ittihamçısının dəvət etdiyi şahidlər dinləniləcək.

Məlumata görə, üçüncü Prezident iclasa müalicə aldığı klinikadan onlayn qoşulacaq.

Məhkəmə iclasına paralel olaraq müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri və tərəfdarları Saakaşvilinin azad olunması tələbi ilə şəhər məhkəməsinin qarşısında aksiya keçirəcəklər.

Xatırladaq ki, 2021-ci il sentyabr ayının sonunda gizli yollarla Ukraynadan Gürcüstana qayıtmış Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR