Bank Of Baku

Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq

Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
# 14 iyul 2026 15:39 (UTC +04:00)

Bu il Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub.

"Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. Builki plana əsasən isə ölkədən ən azı 4 min qanunsuz miqrantın çıxarılması planlaşdırılır ki, bu da nəticə etibarilə bir neçə il sonra, təxminən 4 il ərzində bizə Gürcüstanı bu problemdən tamamilə azad etmək imkanı verəcək”, - Kobaxidze əlavə edib.

Qeyd edək ki, ilin əvvəlindən Gürcüstandan artıq 2203 qeyri-qanuni miqrant deportasiya olunub, bu, 2025-ci il üzrə ümumi göstəricini 70% üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR