Böyük Britaniyanın Buker mükafatının qalibi açıqlanıb.
APA-nın mükafatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Cənubi Afrikadan olan yazıçı Damon Qalqutun "Vəd" ("The Promise") əsəri qalib elan edilib.
Qeyd edək ki, sentyabrın 14-də mükafatın qısa siyahısı elan edilmişdi. Siyahıya altı əsər daxil idi.