Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstana səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vişeqrad ölkələri (V4) + Türkiyə XİN başçılarının Budapeştdə keçiriləcək 6-cı iclasında iştirak etmək üçün Mövlud Çavuşoğlu dekabrın 21-də Macarıstana gedəcək.
İclasın gündəliyinə Əfqanıstan, miqrasiya məsələləri, Balkanlardakı vəziyyət, Türkiyənin Aİ-yə üzvlük prosesi, V4 - Türkiyə münasibətləri və COVID-19 sonrası daha sürətli iqtisadi bərpaya yönəlmiş əməkdaşlıq imkanlarının müzakirəsi daxildir.
Səfər çərçivəsidnə Türkiyə XİN başçısı ikitərəfli görüşlər də keçirəcək.