Çavuşoğlu: “Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək”

Çavuşoğlu: “Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək”
# 01 dekabr 2021 11:44 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiyaya qarşı sanksiyaları dəstəkləmədiyini açıqlayıb.

APA-a RİA “Novosti”yə istinadən xəbər verir ki, o bu barədə Riqada NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Fikrimizcə, Rusiyaya qarşı sanksiyalar problemi keçmişdə həll edə bilmədiyi kimi, indi də həll etməyəcək. Biz bir sıra ölkələrə, bəzən Türkiyəyə qarşı da sanksiyaların tətbiq olunduğunu görmüşdük. Amma bu problemi həll etmir. Yalnız sanksiyalarla biz Ukraynaya yaxud digər ölkəyə yardım edə bilməyəcəyik”,- deyə o söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR