Çexiyada peyvənd olunmayan şəxslərin bəzi yerlərə buraxılması məhdudlaşdırılır.
APA-nın xəbərinə görə, gələn həftədən koronavirusa qarşı vaksin vurdurmayanlar ictimai tədbirlərə, mədəniyyət məkanlarına, ictimai iaşə müəssisələrinə, gözəllik salonlarına buraxılmayacaqlar.
İndiyə qədər peyvənd olunmayanlar neqativ test nəticəsi ilə bu məkanlara gedə bilsələr də, bu artıq mümkün olmayacaq. Zəruri hallarda digər tədbirlərin də görülməsi istisna olunmur.