Paşha Bank
Bank Of Baku

Çexiya Ukraynaya ayrılan vəsaitin müharibəyə deyil, bərpa işlərinə yönəldilməsini təklif edib

Çexiya Ukraynaya ayrılan vəsaitin müharibəyə deyil, bərpa işlərinə yönəldilməsini təklif edib
# 03 oktyabr 2026 20:21 (UTC +04:00)

Avropa Ukraynada hərbi münaqişənin uzadılmasına deyil, ölkənin bərpasına vəsait ayırsa, daha məqsədəuyğun olar.

CTK agentliyinin məlumatına görə, bunu Çexiyanın Baş naziri Andrey Babiş Lipnik-nad-Beçvou şəhərində keçirilən mitinqdə bildirib.

Babiş qeyd edib ki, Avropa münaqişə dövründə Ukraynaya 377 milyard avro ayrılmasını təsdiqləyib.

“Məncə, Avropa üçün bu vəsaiti müharibəyə deyil, Ukraynanın bərpasına yönəltmək daha yaxşı olardı. ABŞ və cənab Tramp Putinlə danışır. Avropa isə danışmır. Halbuki bəzi Avropa liderləri artıq Rusiya rəhbərliyi ilə əlaqə yaratmağın vacibliyindən danışırlar. Düşünürəm ki, heç kim müharibə istəmir. Bu hərbi münaqişənin mümkün qədər tez başa çatması yaxşı olardı”, – Çexiyanın Baş naziri deyib.

Babişin sözlərinə görə, Ukraynadakı hərbi münaqişədən ilk növbədə silah istehsalçıları, banklar və enerji şirkətləri gəlir əldə edir. O bildirib ki, dünya və Avropa liderlərinin münaqişənin başa çatdırılması istiqamətində səy göstərməsinin vaxtı çatıb.

CTK, həmçinin Çexiyanın Baş nazirinin müavini və xarici işlər naziri Petr Matsinkaya istinad edib. O bildirib ki, 2025-ci ilin dekabr ayının ortalarınadək hakimiyyətdə olmuş əvvəlki hökumətin emosional anti-Rusiya ritorikası ölkəyə heç bir fayda verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR