Bank Of Baku

Dağıstanda kütləvi zəhərlənməyə dair cinayət işi qaldırılıb

Dağıstanda kütləvi zəhərlənməyə dair cinayət işi qaldırılıb
# 24 mart 2019 20:36 (UTC +04:00)

Dağıstan Daxili İşlər Nazirliyi (DİN) Xasavyurtda kütləvi zəhərlənmə faktı ilə əlaqədar cinayət işi açıb. 

ONA-nın “RİA Novosti”-yə istinadən yaydığı xəbərinə görə, şəhər xəstəxanalarının infeksion bölmələri zəhərlənənlərlə doludur. 

Qeyd edək ki, 17-23 mart tarixlərində 80-dən artıq insan zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 72-si uşaqdır. 

Yerli Səhiyyə nazirliyi xəstələrin sayının 104-ə çatdığını bildirib. 

Dağıstan DİN hadisənin səbəbini öyrənmək məqsədi ilə istintaq aparır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR