Bank Of Baku

Devid Kemeron İordaniya və Misirə səfər edəcək

Devid Kemeron

© APA | Devid Kemeron

# 20 dekabr 2023 12:29 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Misirə və İordaniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu həftə xarici işlər naziri Kemeron Yaxın Şərq üzrə dövlət naziri Tariq Ahmadla birgə dayanıqlı atəşkəs və Qəzzada humanitar fasilələrin davam etdirilməsinin təşviqi üçün Yaxın Şərqə səfər edəcək.

“O, əsas qonşu ölkələr olan İordaniya və Misir liderləri ilə danışıqlarda bütün girovların azad edilməsi, Qəzzaya yardımın artırılması və HAMAS-ın İsrailə qarşı raket hücumlarına və təhdidlərinə son qoymaq üçün səyləri təşviq edəcək.

Kemeron HAMAS-ın Qəzzada hakimiyyətdə qalmasının həm israillilərin, həm də fələstinlilərin təhlükəsizliyini təhdid edən böhranın uzunmüddətli siyasi həllinə mane olması ilə bağlı Böyük Britaniyanın mövqeyini bir daha bəyan edəcək!”, - Britaniya XİN bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR