Bank Of Baku

Dubayda “ən yaxşı müəllim” 1 milyon dollar mükafat alıb

Dubayda “ən yaxşı müəllim” 1 milyon dollar mükafat alıb
# 25 mart 2019 06:15 (UTC +04:00)

Dubay əmirliyində “Dünyanın ən yaxşı müəllimi” müsabiqəsinə yekun vurulub. 

ONA-nın Dubayın rəsmi mətbuat xidmətinə istinadən yaydığı xəbərinə görə, «Dünyanın ən yaxşı müəllimi» adını və 1 milyon dollar mükafatı Keniyadan olan keşiş Piter Tabiçi qazanıb. 

Mükafatlandırma mərasimini amerikalı aktyor Hyu Cekman aparıb, qalibə mükafatı isə Dubay şahzadəsı Həmdan ibn Məhəmməd Əl-Maktum təqdim edib.

36 yaşlı Piter Tabaçı Keniyada orta məktəbdə dərs deyir və əmək haqqının böyük hissəsini kasıblara verir.

“Dünyanın ən yaxşı müəllimi” mükafatı 2015-ci ildən hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu tərəfindən təsis olunub.

Bu il müsabiqəyə 179 ölkədən 10 min ərizə daxil olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR