Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nın Qəzzada baş verənlərlə bağlı İsrailə qarşı mövqeyini dəyişəcəyinə ümid edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan qeyd edib ki, bu sülhə gedən yolda vacib addım ola bilər. Ölkə başçısı onu da qeyd edib ki, onun ABŞ prezidenti Co Baydenlə görüşü planlaşdırılmır.