Bank Of Baku

Ərdoğan: "Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb"

Ərdoğan: "Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb"
# 17 noyabr 2023 21:41 (UTC +04:00)

"İndiyədək 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb".

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, əgər Almaniya və Türkiyə birlikdə Qəzzada humanitar atəşkəsə nail ola bilsə, bölgəni xilas etmək imkanı yaranacaq.

Ərdoğan, həmçinin Türkiyənin Qəzzaya gəmi ilə 666 ton humanitar yardım göndərdiyini əlavə edib.

Türkiyə Prezidenti İsrailin ələ keçirdiyi əsirlərin sayının “HAMAS”a əsir düşənlərin sayından daha çox olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR