Bank Of Baku

Ərdoğan: Türkiyə Aİ-nin tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər

Merz, Ərdoğan

© APA | Merz, Ərdoğan

# 30 oktyabr 2025 17:07 (UTC +04:00)

Türkiyə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Kansleri Merzlə görüşdən sonra birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Brüsselin Ankaranın bu məsələdə qətiyyətini düzgün qiymətləndirməsi ilə Aİ-nin tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər.

Bundan başqa, Ərdoğan Almaniya ilə ticarət dövriyyəsinin həcmini 60 milyard dollara çatdırmağı hədəflədiklərini diqqətə çatdırıb: “Almaniya Türkiyənin Avropadakı ən böyük ticarət tərəfdaşıdır. 50 milyard dollara çatan ticarət dövriyyəmizin həcmini yaxın müddətdə 60 milyard dollara çatdırmağı hədəfləyirik”.

Almaniya Kansleri isə qeyd edib ki, Türkiyə Avropa İttifaqında görmək istəyirlər. Merz əlavə edib ki, o, bu istiqamətdə strateji dialoq təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR