Bank Of Baku

Ərdoğan: “Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərini artıracaq”

Ərdoğan: “Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərini artıracaq”
# 20 sentyabr 2022 19:34 (UTC +04:00)

Türkiyə Rusiya-Ukrayna müharibəsi çərçivəsində də öz iradəsini nümayiş etdirir, münaqişənin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda imzalanan “Taxıl daşınması anlaşması” BMT-nın son illər ərzində nail olduğu ən böyük uğurlardan biridir.

Ərdoğan ölkəsinin müharibənin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi şərtləri ilə bitməsi üçün səylərini artıraraq davam etdirəcəyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR