Estoniya Rusiya ilə sərhəddə gömrük nəzarətini gücləndirir.
APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marqus Tsahkna "X" hesabında bildirib.
"Avqustun 8-dən etibarən Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti həyata keçirəcək. Biz Ukraynaya qalib gəlmək və Rusiya üçün bu müharibənin bədəlini artırmaq üçün əlimizdən gələni etməliyik", - nazir bildirib.