Bank Of Baku

Estoniya Ukraynaya "Starlink" üçün 3,5 mln. avro ayırıb

Estoniyanın müdafiə naziri Hanno Pevkur

© APA | Estoniyanın müdafiə naziri Hanno Pevkur

# 15 noyabr 2025 14:23 (UTC +04:00)

Estoniya Ukraynaya “Starlink” rabitə sistemlərinin alınması üçün 3,5 milyon avro ayırıb.

APA xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Ukrayna ehtiyacları barədə tərəfdaşları öncədən məlumatlandırıb.

“Bu yardım onlar üçün son dərəcə vacibdir və döyüş meydanında real təsiri var. Xüsusilə Ukraynanın dronların sayını əhəmiyyətli dərəcədə artırmaq planı fonunda “Starlink” sistemlərinin yüksək sürətli internet bağlantısı təmin etməsi daha da önəm kəsb edir”, – nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR