Estoniyada Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfər saxlanıb

Estoniyada Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfər saxlanıb
# 20 fevral 2024 19:19 (UTC +04:00)

Estoniya Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasında paylaşımında bildirib. O, saxlanılanların Rusiyanın təlimatları əsasında fəaliyyət göstərən individuallar olduğunu, məqsədlərinin qorxu və gərginlik yaratmaq, Ukraynaya qətiyyətli dəstəyin kəsilməsinə nail olmaq olduğunu qeyd edib.

Baş nazir Kaya Kallas isə Estoniyanın Rusiya təhlükəsizlik xidmətlərinin hibrid əməliyyatının qarşısını uğurla aldığını qeyd edib.

“Biz bilirik ki, Kreml bizim bütün demokratik cəmiyyətlərimizi hədəfə alır”, - Kallas qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR