Finlandiya Qərb hərbi qüvvələrinin Ukraynaya göndərilməsinə razı deyil

Finlandiyanın Prezidenti Sauli Niinistö

© APA | Finlandiyanın Prezidenti Sauli Niinistö

# 27 fevral 2024 17:20 (UTC +04:00)

Finlandiya Qərbin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinə razı deyil.

APA xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö "Yle"yə yazılı açıqlamasında deyib.

Prezident Sauli Niinistönün sözlərinə görə, Ukraynada Qərbin hərbi mövcudluğu olmayacaq.

Finlandiya dövlət başçısı deyib ki, fevralın 26-da Parisdə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdə Ukraynaya yardım üçün mümkün hərbi və qeyri-hərbi vasitələr müzakirə edilib.

"Hərbçilərin göndərilməməsi ilə bağlı geniş yayılmış fikir mövcud idi. Bu, həm də Finlandiyanın mövqeyi idi", - Niinistö bildirib.

Qeyd edək ki, fevralın 26-da Parisdə Ukraynanın müttəfiqləri olan 20 ölkənin dövlət və hökumət başçılarının toplantısına ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı konsensusun olmadığını desə də, bunu istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR