Bank Of Baku

Finlandiya Ukrayna üçün ABŞ-dan silah almayacaq

Finlandiya Ukrayna üçün ABŞ-dan silah almayacaq
# 05 avqust 2025 22:51 (UTC +04:00)

Finlandiya hazırkı mərhələdə NATO-nun ABŞ-dan silah alınmasını nəzərdə tutan yeni proqramı vasitəsilə Ukraynaya yardımın ötürülməsində iştirak etməyəcək.

APA xəbər verir ki, Yle telekanalının məlumatına görə bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib.

O qeyd edib ki, Helsinki məhsulların fərqli proqram çərçivəsində alınmasına fokuslanıb.

"Biz öz resurslarımızı daxili sənaye proqramına ayırmışıq və bu proqram çərçivəsində bütün Finlandiyada şirkətlərimizdən Ukrayna üçün məhsullar sifariş edirik", - o deyib.

Onun sözlərinə görə, ölkə bu proqramı Ukrayna ilə birlikdə hazırlayıb ki, maksimum yardım göstərilsin.

Finlandiya eyni zamanda bu təşəbbüsün digər ölkələr tərəfindən dəstəklənməsini vacib sayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR