Bank Of Baku

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq
# 19 avqust 2026 00:06 (UTC +04:00)

Fransa Tehrandakı Fransa diplomatik nümayəndəliyinin iki əməkdaşının saxlanılmasına cavab olaraq bu yaxınlarda iki İran diplomatını ölkədən çıxarmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

"Mən bu qəbuledilməz hərəkətlərin nəticələrinin olacağını bildirmişəm. Yaxın günlərdə iki İran diplomatı Fransadan çıxarılacaq", - XİN rəhbəri açıqlayıb.

Qeyd edək ki, iyulun 19-da İranda iki fransız diplomat polis tərəfindən saxlanılıb. Onlar bir neçə saat saxlanılıb, dindirilib və onlardan birinə qarşı pis rəftar edilib. Daha sonra diplomatlar azad olunaraq Fransaya qaytarılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR