Böyük Britaniya və ABŞ-dan sonra Fransa da İordan çayının qərb sahilində məskunlaşan ekstremist israillilərə qarşı sanksiya tətbiq edəcək.
APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Katrin Kolonna britaniyalı həmkarı Devid Kemeron ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, İsrailə və İordan çayının qərb sahilinə səfər etdikdən sonra "bəzi ekstremist israilli köçkünlərə qarşı tədbirlər görməyə qərar verib".
"Mən bu məskunlaşan ekstremistlərin bəzilərinin törətdiyi zorakılığı öz gözümlə görə bildim. Bu, qəbuledilməzdir", - Kolonna vurğulayıb.