Fransa polisi Olimpiya Oyunlarında terror aktı planlaşdıran şəxsi saxlayıb

Fransa polisi Olimpiya Oyunlarında terror aktı planlaşdıran şəxsi saxlayıb
# 25 iyul 2024 18:03 (UTC +04:00)

Fransanın Antiterror Polisi terror aktı törətməyə hazılaşan 18 yaşlı şəxsi saxlayıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, araşdırmalar zamanı onun ölkədə silsilə xarakterli qanlı hadisələr planlaşdırdığı ortaya çıxıb.

Bildirilib ki, sözü gedən şəxsin terror planının iyulun 26-da açılışı olacaq XXXIII Paris Yay Olimpiadası ilə əlaqəsi yoxdur.

Dindirilmə nəticəsində saxlanılanın bir qədər əvvəl eyni əmələ görə tutulan həmyaşıdı ilə sosial şəbəkədə yazışmalar apardığı müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR