Bank Of Baku

Fransa polisi ölkədə qanunsuz yaşayan Gürcüstan vətəndaşlarını saxlayıb

Fransa polisi ölkədə qanunsuz yaşayan Gürcüstan vətəndaşlarını saxlayıb
# 20 dekabr 2021 03:11 (UTC +04:00)

Fransa polisi Monpelye kommunasında qanunsuz məskunlaşan Gürcüstan vətəndaşlarına qarşı əməliyyat keçirib.

APA-nın “France 3” televiziyasına istinadla xəbərinə görə, polis kommunanın Tuluz küçəsində 2 evdə axtarış aparıb.

Əməliyyat zamanı çox sayda oğurluq velosiped və digər qiymətli əşyalar aşkar edilib. Polis 20 Gürcüstan vətəndaşını saxlayıb. Onlara qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb. Bir nəfər isə əlavə olaraq soyuq silah gəzdirməkdə ittiham olunub. ONların sığınacaq üçün müraciətləri də ləğv edilib.

Qeyd edək ki, ötən gün Fransa polisi Endr və Luara departamentində ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR