Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
# 03 may 2024 07:43 (UTC +04:00)

Fransa və Yaponiya Hind-Sakit Okean regionunda artan gərginlik və Ukraynadakı müharibə fonunda hərbi əməkdaşlığı gücləndirmək məqsədilə danışıqlara başlamaq barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirib ki, G7 müttəfiqləri son illərdə həm ikitərəfli, həm də daha geniş ölkə qrupları çərçivəsində çoxsaylı birgə hərbi təlimlər keçiriblər.

“Əvvəlki əməkdaşlıq və hərbi təlimlərin təcrübəsini nəzərə alaraq, bunu vacib hesab edirik”, - Yaponiya hökumətinin sözçüsü Parisdə Yaponiyanın Baş naziri Fumio Kisida ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş zamanı bildirib.

Yaponiya rəsmisi bildirib ki, Fransa ilə sazişin bağlanması təxminən bir il çəkə bilər.

Fransadan olan diplomatik mənbə isə qeyd edib ki, Paris sənədi “çox tez” imzalamağa ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR