Bank Of Baku

Fransada 35 yaşlı kişi maşını piyadaların üstünə sürüb, 10 nəfər yaralanıb

Fransada 35 yaşlı kişi maşını piyadaların üstünə sürüb, 10 nəfər yaralanıb
# 05 noyabr 2025 17:38 (UTC +04:00)

Fransanın Oleron adasında sürücü maşını piyadaların və velosipedçilərin üzərinə sürüb.

APA “NDTV”yə istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb və onlarda 4-nün vəziyyəti ağırdır.

Hadisəni törədən 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Yerli prokurorluğun bildirdiyinə görə, sözügedən şəxs Fransa hüquq-mühafizə orqanlarının izlədiyi radikal şəxslərin siyahısında olmayıb.

Onun adanın yerli sakinlərindən olduğu bildirilib və cinayəti törətmək motivinin naməlum olduğu qeyd olunub.

Detallar araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR