Omicron variantına yoluxmanın qarşısını almaq üçün bar və kafelərdə ayaq üstə qida qəbulu qadağan olunur.
APA-nın xəbərinə görə, müvafiq qərar Baş nazir Jan Kasteksin rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.
Sözügedən obyektlərdə qida yalnız oturularaq qəbul olunmalıdır. Yanvarın 3-dən etibarən qüvvəyə minəcək qərar 1 ay qüvvədə olacaq.
Qeyd edək ki, hökumətin gecə saatlarında başa çatan iclasında müəyyən məhdudiyyətlərlə bağlı qərar qəbul edilsə də, Yeni il günü sərt karantindən imtina edilib.