Bank Of Baku

Fransada məktəblilərin etirazları bərpa olunub, 41 məktəbdə blokada qeydə alınıb - VİDEO

Fransada məktəblilərin etirazları bərpa olunub, 41 məktəbdə blokada qeydə alınıb - VİDEO
# 02 noyabr 2026 16:40 (UTC +04:00)

Fransada iki həftəlik payız tətilindən sonra məktəblilərin etiraz aksiyaları yenidən başlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Fransanın Milli Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 41 liseydə blokada və ya girişlərin bağlanması cəhdləri qeydə alınıb.

Bu gün Parisdə, Marseldə, Renn və Tuluza şəhərlərində məktəblərin girişlərinin bağlanması barədə məlumatlar yayılıb. Marseldə Montqran liseyinin girişinin qarşısına zibil konteynerləri düzülüb.

Tuluza şəhərində isə şagirdlər Bertlo liseyinin girişində blokada qurublar.

“Public Senat” nəşrinin məlumatına görə, Marseldə şagird fəallarının açıqlamasına əsasən, şəhərdəki təxminən 75 təhsil müəssisəsindən yeddisində blokada olub.

Aksiyalarda təhsil müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması, müəllim çatışmazlığının aradan qaldırılması, universitetlərdə yerlərin artırılması və ali təhsilə qəbul sisteminin daha ədalətli olması tələb edilir.

Fransanın milli təhsil naziri Eduar Gefre “France Inter” radiosuna açıqlamasında blokadaları “məhdud miqyaslı” adlandırıb. O, etirazların keçirilməsinin mümkün olduğunu, lakin məktəblərə girişin qarşısının alınmasının qanunsuz olduğunu bildirib. Nazir dərslərin pozulmasının, xüsusilə buraxılış imtahanlarına hazırlaşan şagirdlərin təhsilinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR