Bank Of Baku

Fransada sol müxalifət hökumətə etimadsızlıq haqqında qətnamə layihəsini parlamentə təqdim edəcək

Fransada sol müxalifət hökumətə etimadsızlıq haqqında qətnamə layihəsini parlamentə təqdim edəcək
# 31 oktyabr 2025 22:59 (UTC +04:00)

Solçu “İtaətsiz Fransa” partiyasının parlament fraksiyası hökumətə etimadsızlıq barədə qətnamə layihəsini parlamentə təqdim edəcək.

APA xəbər verir ki, BFMTV-nin məlumatına görə bu barədə jurnalistlərə fraksiyanın rəhbəri Matilda Pano məlumat verib.

“Bu hakimiyyətə qarşı çıxmaq üçün yeganə çıxış yolu – hökumətə etimadsızlıq səsverməsidir”, – deyə Pano bildirib.

Pano bundan başqa Fransa prezidenti Emmanuel Makronu da istefa verməyə çağırıb.

Fraksiya liderinin fikrincə, prezidentin rəhbərlik etdiyi iqtidar koalisiyası sol müxalifətlə əməkdaşlıq etmək və onun təkliflərinə açıq olmaq istəmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR