La-Manş boğazından qanunsuz yollar keçərək Fransadan Böyük Britaniyaya getmək istəyən miqrantların qayığı aşıb.
APA AFP-yə istinadən xəbər verir ki, Kale bölgəsində baş verən hadisə nəticəsində 5 miqrant boğularaq ölüb.
Xilasedicilər 15 nəfəri sudan çıxarıb, onlardan 5-nin huşsuz vəziyyətdə olduğu bildirilib.