Bank Of Baku

G20 ölkələri iqlim dəyişikliyi, vaksin bölgüsü və iqtisadi təhdidlərlə mübarizəyə dair razılığa gəliblər

G20 sammiti, Roma

© APA | G20 sammiti, Roma

# 31 oktyabr 2021 16:55 (UTC +04:00)

Romada keçirilən "Böyük iyirmilik" (G20) sammitində yekun Kommunike qəbul edilib.
APA-nın məlumatına görə, G20 ölkələri iqlim dəyişikliyinin 1,5 dərəcədən çox olmamaqla məhdudlaşdırılması barədə razılığa gələ biliblər.
Kommunikeyə əsasən, 21-ci əsrində ortasında iqlim dəyişikliyinin əsas səbəbi olan atmosferə karbon qazının atılması tamamilə dayandırılacaq.
G20 liderləri pandemiya şəraitinə yeni vaksinlərin hazırlanması müddətinin 300 gündən 100 günə qədər azaldılması barədə də razılığa gəliblər. Eyni zamanda kifayət qədər COVİD-19 vaksini istehsal edən G20 ölkələri vaksinin ədalətli bölgüsünə çalışacaqlar.
Sənəddə qeyd olunub ki, G20 ölkələri iqtisadiyyata təsir göstərən qlobal çağırışlara qarşı çıxacaq, tədarük zəncirinin pozulmasına imkan verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR