Bank Of Baku

"Google" şirkəti Almaniyaya dörd il ərzində 5,5 milyard avro investisiya yatıracaq

"Google" şirkəti Almaniyaya dörd il ərzində 5,5 milyard avro investisiya yatıracaq
# 12 noyabr 2025 02:47 (UTC +04:00)

Amerikalı texnologiya nəhəngi Google növbəti dörd il ərzində Almaniyaya 5,5 milyard avro həcmində investisiya qoymağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Der Spiegel jurnalı şirkətin Almaniyadakı bölməsinin rəhbəri Filip Yustusun açıqlamasına istinadən məlumat yayıb.

Vəsaitlər əsasən Hessen federal əyalətinin Ditsenbax şəhərində yeni məlumat emalı mərkəzinin tikintisinə yönəldiləcək.

Bundan əlavə, Google Almaniyanın Berlin, Münhen və Frankfurtda fəaliyyətini genişləndirməyi planlaşdırır. Şirkətin məlumatına görə, bu, Google-un Almaniyada həyata keçirdiyi ən iri investisiya proqramıdır.

Plan çərçivəsində 2029-cu ilə qədər ölkə üzrə hər il təxminən 9 min yeni iş yeri yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR