Bank Of Baku

Gürcüstan DTX-nın keçmiş rəhbərinin qohumu saxlanılıb

Qriqol Liluaşvili

© APA | Qriqol Liluaşvili

# 23 oktyabr 2025 15:14 (UTC +04:00)

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin yaxın qohumu Andria Liluaşvili saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən xüsusi brifinqdə bildirilib.

Məlumata əsasən, Andria Liluaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Bu maddə ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxınlarda Qriqol Liluaşvili və digər keçmiş yüksək vəzifəli şəxslərin evlərində aparılmış axtarışlar zamanı 7 milyon dollardan çox pul, bahalı zinət əşyaları və qol saatları, rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektron avadanlıq müsadirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR