Gürcüstan sonuncu sülhməramlı bölmələrini də Əfqanıstandan çıxarıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani “Twitter”də bildirib.
O qeyd edib ki, 17 illik xidmətdən sonra Gürcüstan Müdafiə Qüvvələrinin sonunu bölmələri də Əfqanıstandan çıxarılıb.
XİN başçısı gürcü hərbçilərə beynəlxalq sülh və təhlükəsizliyə verdikləri töhfəyə görə təşəkkür edib.