Bank Of Baku

“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib

“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
# 04 iyul 2026 12:49 (UTC +04:00)

“The National Interest”də İran müharibəsinin Orta Dəhlizin rolunun artmasına səbəb olduğu ilə bağlı məqalə dərc edilib.

APA-nın xəbərinə görə, məqalədə 2026-cı ilin fevralında İran, ABŞ və İsrail arasında müharibənin başlaması və ardınca Hörmüz boğazı ətrafında yaranan böhranın Orta Dəhlizin rolunu sadəcə alternativ nəqliyyat marşrutu kimi yox, qlobal iqtisadiyyat üçün zərurətini önə çıxarması əsas məqam kimi qeyd olunub.

Azərbaycanın bu mövzuda əhəmiyyəti xüsusi vurğulanıb və Orta Dəhlizin mühüm geosiyasi qovşağı kimi təqdim edilib. Bu tezis faktlarla əsaslandırılıb. Bildirilib ki, Azərbaycanın Xəzəryanı ölkələrdən biri olması, Çindən gələn malların Qazaxıstana, oradan da Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən digər regionlara daşınması Azərbaycanın bu məsələdə rolunu əhəmiyyətli edir. Müəllifin fikrincə, Xəzər dənizi üzərindən keçid olmadan Orta Dəhliz işləyə bilməz.

“İran Hörmüz boğazına məhdudiyyətlər qoyduqdan sonra, Orta Dəhliz yolu ilə konteyner nəqliyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə bir həftə ərzində 450-500%-ə qədər artdı. Aktau və Bakı limanlarında karqo həcmləri yüksəldir”, - yazıda vurğulanıb.

Digər bir mühüm məqamın isə Bakı-Tiblis-Qars dəmiryolu olması qeyd olunub. Məqalədi Azərbaycanın bu dəmiryolu vasitəsilə Qafqazı, Türkiyəni və Avropanı bir-biri ilə əlaqələndirdiyi vurğulanıb.

“Bakı-Tiblisi-Ceyhan dəmiryolunun illik yük qabiliyyəti 1 milyon tondan 4.5 milyon tona yüksəlib və 2030-cu illərin ortalarına qədər bu qabiliyyətin 17 milyon tona qədər artacağı gözlənilir. Lakin, bunu üçün kifayət qədər investisiya toplanmayıb”, - məqalədə qeyd olunub.

O da bildirilib ki, Aktau limanının potensialının artırılması vacibdir və bunun üçün də liman genişlənməlidir.

“Bakının Ələt terminalının qabiliyyətinin də hazırki 150 000 konteynerdən 260 000 konteynerə qaldırması planlaşdırılır”, - mətndə bildirilib.

Bundan başqa, Qazaxıstanın neft ixracatının 80%-nin Rusiyanın Novorossiysk limanı vasitəsilə həyata keçdiyi, lakin son vxtlar Ukraynanın dron hücumlarının bu marşrutu etibarsız hala saldığı, buna görə də Qazaxıstan üçün Trans-Xəzər marşrutunun vacib alternativ kimi önə çıxması qeyd olunub.

Məqalə müəllifinin fikrincə, Orta Dəhlizin də Hörmüz boğazı kimi “dar boğaz”ları var və Azərbaycan Xəzər keçidini təmin edən, eləcə də Bakı-Tiblisi-Ceyhan dəmir yolunun əsas elemeti kimi bunlardan biridir.

Digər əsas keçidlər isə, Qara Dənizə çıxışı olduğuna görə Gürcüstan, Bosfor boğazı və Avropa bazarlarına giriş imkanına görə isə Türkiyədir.

Nəşrdə yazılanlardan belə qənaətə gəlmək olur ki, Bakı ilə Ankaranın koordinasiyası Orta Dəhliz üçün çox mühümdür. Çünki, Türkiyə Qərb qurumları ilə türk dünyası arasında körpü rolunu oynayır, Azərbaycan isə dəhlizin əsas logistik mərkəzidir.

Əlavə olaraq, ABŞ, Rusiya və Çin arasında agedən ticarət və enerji rəqabətdən söz açılıb və vurğulanıb ki, ABŞ Orta Dəhlizə yalnız bəyanatlarla yox, əməli addımlarla, investisiyalarla dəstək verməlidir. Yoxsa, Rusiya və Çinlə rəqabətdə uduza bilər.

Məqalə müəllifi, Azərbaycan da daxil olmaqla, Orta Dəhlizin əsas limanlarının inkişaf etdirilməsi üçün ABŞ və Avropa tərəfindən ciddi investisiyaların yatırılmalı olduğuna xüsusi diqqət çəkib və Orta Dəhlizin gələcək inkişafının region infrastrukturunun inkişafından, bu marşruta yönələcək beynəlxalq investisiyaların həcmindən asılı olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR