Bank Of Baku

Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib

Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
# 26 oktyabr 2025 12:15 (UTC +04:00)

Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Andranik Simonyan Gürcüstana səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan bildirilib.

Gürcüstan DTX-nın rəhbəri Mamuka Mdinaradze erməni həmkarını qəbul edib. Görüşdə iki ölkə arasında dostluq münasibətləri müzakirə olunub.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin regionda mövcud çağırışları və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı imkanlarını nəzərdən keçiriblər.

Müzakirələr zamanı ikitərəfli koordinasiyanın və informasiya mübadiləsinin vacibliyi vurğulanıb. M.Mdinaradze Qafqazda sülhün təmin edilməsində və möhkəmləndirilməsində Gürcüstanın müsbət rolundan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR