“Azərbaycan əbədi dost və yaxşı qonşu kimi hər zaman bizim yanımızda olub”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycanın Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibəti ilə təşkil edilən marafonun Rustavi şəhərində baş tutan təltifetmə mərasimində çıxışı zamanı bildirib.
Laşa Darsalia deyib ki, iki ölkə arasında möhkəm strateji tərəfdaşlıq əlaqələri mövcuddur və illərdir birgə həyata keçirilən layihələrlə bu əlaqələr daha da güclənir: “Ölkələr arasında siyasi və digər sahələrdə tərəfdaşlıq çox önəmlidir və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti ilə bu əlaqələr daha da güclənir. Gürcüstan regionda sülhün bərpa edilməsi istiqamətində səy göstərir və bundan sonra da bu istiqamətdə işlərini davam etdirmək niyyətindədir”.
Gürcüstan xarici işlər nazirinin birinci müavini: “Azərbaycan hər zaman yanımızda olub”
© APA | Laşa Darsalia, Gürcüstan xarici işlər nazirinin birinci müavini
17 oktyabr 2021 16:37 (UTC +04:00)
Avropa
Kuleba Mirzoyanla telefon danışığı aparıb, Azərbaycanla delimitasiya prosesini alqışlayıb
17:37
2 may 2024
İsveç və Finlandiya Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqləyiblər
17:27
2 may 2024
Ərdoğan CHP lideri ilə konstitusiya dəyişikliklərini müzakirə edir
17:12
2 may 2024
Makron: Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib
16:10
2 may 2024