Bank Of Baku

Gürcüstanda Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının regional nümayəndəliyi açılıb

Gürcüstanda Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının regional nümayəndəliyi açılıb
# 23 may 2019 14:16 (UTC +04:00)

Tbilisi Dövlət Tibb Universitetində (TDTU)  Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının (AMEE) regional nümayəndəliyi açılıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı TDTU ilə AMEE arasında memorandum imzalanıb. Nümayəndəliyin açılışında Gürcüstanın Baş naziri Mamuka Baxtadze də iştirak edib.

Bildirilib ki, AMEE-nin əsas məqsədi, tibbi təhsildə müasir texnologiyaların tətbiqi, ölkənin və regionun ali tibbi təhsil müəssisələrinin ekspertlərinə müxtəlif tematik təlimlərin keçirilməsidir.

Qeyd olunub ki, hazırda TDTU-da 68 ölkədən 2300 xarici tələbə təhsil alır. Universitetin tələbələrinin 38 faizi xarici tələbələr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR