Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 410 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 623 830, xəstəlikdən ölənlərin sayı isə 9 134 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 594 669 nəfərin sağaldığı bildirilir.