Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Omicron” ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 24-ə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun sözlərinə görə, “Omicron” ştamına yoluxan şəxslərin hamısı xəstəliyi yüngül keçirir.