Gürcüstanda qırıcı qəzaya uğrayıb, pilot həlak olub - YENİLƏNİB

Gürcüstanda qırıcı qəzaya uğrayıb, pilot həlak olub - YENİLƏNİB
# 02 iyul 2024 15:08 (UTC +04:00)

Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində baş vermiş aviaqəza ilə bağlı məlumat yayıb.

APA-nın “Sputnik Georgia”ya istinadən məlumatına görə, qurumdan Silahlı Qüvvələrə məxsus “Su-25” qırıcısının qəzaya uğradığı açıqlanıb.

Bildirilib ki, nəticədə hərbi pilot Kaxaber Zurabişvili həlak olub.

Nazirliyin rəsmi açıqlamasında hazırda ərazidə hadisənin səbəblərinin araşdırılması üzrə müvafiq işlərin həyata keçirildiyi də qeyd olunub.

***

14:44

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “İnfo Rustavi” portalı məlumat yayıb.

Nəticədə pilot həlak olub.

Bildirilib ki, hadisə Bolnisinin Disveli kəndi istiqamətində baş verib. Disveli kənd meriyasının nümayəndəsi hadisəni təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR